7538dea3-a3c2-445d-9c3d-7ab6fa303a89.jpg

Tarixin ən yaxşı futbolçusu seçilib

Baxış sayı: 28 dəfə baxılıb.

Lionel Messi tarixin ən dahi və ən görkəmli futbolçusu seçilib.

Cixisyolu.com xəbər verir ki, bu seçimi İspaniyanın nüfuzlu “Marca” nəşri həyata
keçirib.

Nəşrin nümayəndələri 37 yaşlı argentinalı forvardın çıxış etdiyi ABŞ-nin
“İnter Mayami” klubuna mükafatı təqdim etmək üçün Mayamiyə gediblər.

“Uşaqlıqda qurduğum bütün arzuları həyata keçirə bildim. Hamının arzuladığı
kuboku – Dünya Kubokunu qazandım. Uşaqlıq klubum “Barselona” ilə hər şeyi
qazandım”, – deyə Messi mükafatlandırma mərasimində bildirib.

Xatırladaq ki, Messi tarixdə ən çox titul qazanan futbolçudur – 46 kubok.
Argentinalının aktivində səkkiz “Qızıl top” mükafatı da var. O, 2022-ci ildə
Qətərdə keçirilən dünya çempionatının qalibi olub.

Source link