fc56a465-1fb1-40cc-b020-d4e88a15387f..jpg

Tarixin 286-cı “El-Klassiko”su: Üstünlük kimdədir? – STATİSİKA

Baxış sayı: 899 dəfə baxılıb.

Tarixin 286-cı “El-Klassiko”su: Üstünlük kimdədir? – STATİSİKA

Bu gecə bütün dünya futbolsevərlərinin diqqəti İspaniyaya yönələcək.

Cixisyolu.com xəbər verir ki, paytaxt Madriddə tarixin 286-cı “El-Klassiko”su baş
tutacaq. Əzəli rəqiblər – “Barselona” və “Real”ın əvvəlki 285 görüşündə
üstünlük kataloniyalılardadır.

“Barsa” indiyə qədər 118 qələbə qazanıb. 105 görüşdə Madrid təmsilçisi üstün
olubsa, 62 qarşılaşmada qalib müəyyənləşməyib. “Barselona”nın 496 qoluna “Real”
462 dəfə cavab verə bilib.

285 matçın 251-i rəsmi xarakter daşıyıb. Bu görüşlərdə isə üstünlük
madridlilərdədir – 101 qələbə. Katalonlar 98 oyunda qalibiyyətə seviniblər. 51
matç sülhlə yekunlaşıb. Topların nisbətində (419:412) “Real” üstündür.

Qeyri-rəsmi “El-Klassiko”larda isə “Barselona” daha öndədir. O, 34
qarşılaşmanın 20-də qələbə qazanıb. “Real”ın cəmi dörd qalibiyyəti var. 10
görüş heç-heçə bitib. “Barsa” 84, “kral klubu” 43 qol vurub.

İspaniya Kuboku qarşılaşmalarına gəlincə, burada da “Barselona”nın daha çox
qələbəsi var. Komanda 35 qarşılaşmanın 15-ni qalib bitirib. “Real” 12 qələbəyə
sevinib və səkkiz oyunda güclünü müəyyənləşdirmək mümkün olmayıb. İspaniya
Kuboku duellərində “Barselona” 67, “Real” 65 qol vurub.

Bu gecə keçiriləcək “El-Klassiko” Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Vaqif Verdiyev

Source link