c862689e-61f2-4f35-a534-5c56625d61b8..jpg

Tarkan Bakıda sevilən hitlərini oxudu – FOTO/VİDEO

Baxış sayı: 477 dəfə baxılıb.

Tarkan Bakıda sevilən hitlərini oxudu – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin meqaulduzu Tarkanın Bakı konserti baş tutub.

Cixisyolu.com xəbər verir ki, sənətçi “Baku Crystal Hall”da sevənləri qarşısında
konsert proqramı ilə çıxış edib.

Sənətçinin ilk ifası çox sevilən “Yolla” mahnısı olub.

Müğənni pərəstişkarlarına möhtəşəm gecə yaşadıb. Tarkan səhnədə sənətə gəldiyi
ilk illərdən bu günə qədər ifa etdiyi hitləri səsləndirib.

Sənətçinin “Dudu”, “Kuzu-kuzu”, “Yap bi güzellik”, “Yolla”, “Beni çok sev”,
“Kedi gibi”, “Şımarık”, “Çok ağladım”, “Öp”, “Adımı kalbine yaz”, “Hepsi
senin”, “İşim olmaz”, “Verme”, “Bekle” kimi sevilən hitləri fanatlarını
coşdurub. İfaçının bütün ifalarını pərəstişkarları onunla birlikdə
səsləndiriblər.

Xatırladaq ki, Tarkan Bakı konserti ilə rekorda imza atıb. Belə ki, sənətçinin
patyaxtımızda bu gün baş tutan konserti üçün 18 000-dən çox bileti satılıb. Bu,
ölkəmizdə konsert verən rus və türk müğənnilər arasında rekord göstəricidir.

Qeyd edək ki, bundan öncə “iTicket production”un təşkilatçılığı ilə Özbəkistan
və Qazaxıstanda sevənlərinin qarşısına çıxan sənətçi turnesini Azərbaycanda
sonlandıracaq.


View this post on Instagram

A post shared by Cixisyolu.com (@oxuaz)

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

Source link