İbrahim Tatlısəs prokurorluğa müraciət edib.
ÇıxışYolu.Com xəbər verir ki, sənətçi prokururluğa müraciətində “Oğluma xüsusi mühafizə ayrılsın və qorunsun”, – deyə bildirib.
Bildirilir ki, buna səbəb müğənninin 28 iyun günü “Esen müzik” şirkətində işçilərinin birinə zəng olunaraq “Tatlısəsin oğlu İdonu öldürəcəyik”, – deyə zəngin gəlməsidir.
Bilinməyən nömrədən olunan zəng Tatlısəsi təşvişə salıb və o, vəkili vasitəsilə etdiyi müraciətdə oğulları İdo və Ahmetin dəfələrlə ölümlə hədələndiyini bildirib.
Həmçinin, müğənni yazdığı şikayət məktubunda İdonun Yalova bölgəsində verəcəyi konsertdə ölüm hədəsi ilə çıxdığını, konsertdə oğlunun onlarla mühafizəçi tərəfindən qorunduğunu deyib.
Tatlısəsin şikayətindən sonra prokurorluq məsələ ilə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, İbo 14 mart 2011-ci ildə silahlı hücuma məruz qalaraq başından vurulub. O, uzun müddət müalicə alandan sonra sağlamlığına qovuşub.