“Tatneft” şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və
Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar
Cəmiyyətinin (PSC) baş direktoru Nail Maqanov arasında görüş keçirilib.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görüşdə “Tatneft” PSC ilə əməkdaşlıq əlaqələrinin uğurlu
inkişafından məmnunluq ifadə olunub.
Müzakirələr zamanı şirkətlə əməkdaşlığın prioritet istiqamətləri, energetika
sahəsində əməkdaşlıq imkanlarına baxılıb, qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində SOCAR və “Tatneft” PSC şirkətləri arasında əməkdaşlığa dair
Yol Xəritəsi imzalanıb. Sənəd şirkətlər arasında neft hasilatı, emalı, neft və
neft-kimya məhsullarının satışı, təcrübə mübadiləsi, insan kapitalının inkişafı
və digər sahələr üzrə əməkdaşlığı nəzərdə tutur.
Yol Xəritəsini SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Tatneft” PSC-nin baş
direktoru Nail Maqanov imzalayıblar.
Daha sonra nümayəndə heyətinin Şuşa şəhərinə səfəri təşkil olunub.
14:47
“SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə “Tatneft” şirkətinin baş
direktoru Nail Maqanov ilə keçirdiyimiz görüşdə şirkətin ölkəmizlə
əməkdaşlığının prioritet istiqamətləri, energetika sahəsində həyata keçirilən
layihələr və birgə istehsalın təşkili imkanları barədə fikir mübadiləsi
apardıq”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında qeyd edib.
Bildirilib ki, görüş çərçivəsində SOCAR və “Tatneft” şirkətləri arasında
imzalanmış əməkdaşlığa dair yol xəritəsinin icrası tərəfdaşlığın
genişləndirilməsinə töhfə verəcək.
SOCAR-ın (@SOCARofficial
Nəcəflə (@RovshanNajaf
birlikdə Tatneft şirkətinin baş direktoru Nail Maqanov ilə keçirdiyimiz görüşdə
şirkətin ölkəmizlə əməkdaşlığının prioritet istiqamətləri,#energetika
həyata keçirilən layihələr və birgə istehsalın…pic.twitter.com/QJh22n2LD0
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 3, 2023