Tatyana Molçan: “SPECA regionunun unikal tranzit potensialı var”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“SPECA regionu (BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün xüsusi proqramı)
unikal tranzit potensialına malikdir”.
“Report” xəbər verir ki, bunu BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının
(UNECE) icraçı katibi Tatyana Molçan Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə
deyib.
“SPECA ölkələri arasında əməkdaşlıq regionun iqtisadi inkişafı üçün yeni
imkanlar yaradır. Yeni təchizat zəncirləri formalaşır. SPECA regionu iqtisadi
artımın kifayət qədər sabit dinamikasını nümayiş etdirir”, – o vurğulayıb.
T.Molçan qeyd edib ki, Azərbaycanın sədrliyi ilə SPECA-nın fəaliyyəti yeni
impuls qazanmağa başlayıb.