Tavuşda saxlanılan etirazçılar buraxıldılar, bir nəfər isə İrəvana aparıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Erməni politoloq Suren Petrosyan istisna olmaqla Tavuşda saxlanılan bütün
etirazçılar sərbəst buraxılıblar.
Bu barədə Ermənistan mediası xəbər yayıb.
Məlumata görə, politoloq İrəvana aparılıb və barəsində “xuliqanlıq” maddəsi
ilə cinayət işi açılıb.
Erməni politoloqun İstintaq Komitəsinə aparıldığı ehtimal olunur.
Xatırladaq ki, aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan
Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya
ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar.
Bundan öncə Azərbaycana qaytarılmalı olan Aşağı Əskipara kəndində
məskunlaşdırılmış ermənilər etiraz edib, ərazidəki kilsənin ətrafını
minalayıblar. “Döyüş qardaşlığı” adlı silahlı qruplaşmanın üzvləri qarışıqlıq
salmağa cəhd ediblər, hətta avtomobili insanların üzərinə sürüblər, onlardan
bir neçəsi saxlanılıb.
Aprelin 23-də isə istehkamçılar minaları təmizləyiblər. Ermənistanı
Gürcüstanla birləşdirən dövlətlərarası avtomobil yolunu, Alaverdi və
Noyemberyan yollarının kəsişməsini bağlamağa cəhd edən “Vətən naminə Tavuş”
təşəbbüsünün fəalları isə saxlanılıblar.