4a8dc4d1-12d6-4cb2-b14b-8dcc186dc8c2..jpg

Tavuşda UAZ markalı avtomobilin nümayişçilərin üzərinə sürülməsi ilə bağlı beş nəfər həbs edildi – VİDEO

Baxış sayı: 383 dəfə baxılıb.

Tavuşda UAZ markalı avtomobilin nümayişçilərin üzərinə sürülməsi ilə bağlı beş
nəfər həbs edildi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tavuşda keçirilən etiraz aksiyalarında Noyemberyan rayonunun sakinləri ilə
“Yerkrapa” Könüllülər Birliyinin üzvləri arasında baş verən toqquşma zamanı UAZ
markalı avtomobilin nümayişçilərin üzərinə sürülməsi ilə bağlı beş nümayişçi
həbs edilib.

İstintaq Komitəsi sürücünün hərəkətini qanuni, aksiya iştirakçılarının
hərəkətlərini isə avtoxuliqanlıq hesab edib. Beş aksiya iştirakçısına qarşı
cinayət təqiblərinə başlanılıb, həbs qətimkan tədbiri seçilib.

Etirazçılardan biri əmlaka ziyan vurmaqda (maşının təkərini bıçaqla kəsməkdə)
ittiham olunur.

Xatırladaq ki, Tavuşda keçirilən etiraz aksiyalarında Noyemberyan rayonunun
sakinləri ilə “Yerkrapa” Könüllülər Birliyinin üzvləri arasında toqquşma baş
verib. Könüllülər UAZ markalı avtomobili nümayişçilərin üzərinə sürüblər və
nəticədə bir nəfər xəsarət alıb.

Mənbə: Ermənistan KİV


Source link