73cf0ace-79b0-4545-9f39-aa86c6e02a37..jpg

Taxıl dəhlizilə daşınan yüklərin həcmi 15 milyon tonu ötüb

Baxış sayı: 965 dəfə baxılıb.

Taxıl dəhlizilə daşınan yüklərin həcmi 15 milyon tonu ötüb

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu taxıl
dəhlizində daşınan yüklərin miqdarı ilə bağlı yazılı açıqlama verib.

Ukrayna-Rusiya müharibəsindən sonra taxıl böhranı yaşandığını xatırladan
Karaismailoğlu, dünyanın ən əhəmiyyətli taxıl mərkəzlərindən biri olan
Ukraynadan taxıl daşımalarının dayandığına diqqət çəkib.

O, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə sıx diplomatik fəaliyyətin
aparıldığını və bunun nəticəsində yenidən taxıl daşımalarına başlanıldığını
ifadə edib.

“1 avqust – 25 dekabr tarixlərində Ukraynanın Odessa, Çornomorsk və Yujnı
limanlarından ümumilikdə 585 gəmi yola düşüb. Daşınan yüklərin ümumi həcmi 15
milyon 80 min tonu ötüb. Arpa, buğda, soya, günəbaxan unu, buğda kəpəyi ,
noxud, günəbaxan tumu, emal olunmuş qarışıq qida, şəkər çuğunduru, günəbaxan
yağı, qarğıdalı və soya yağı daxil olmaqla 13 müxtəlif növ yük daşınıb”, – deyə
nazir bildirib.

Onun sözlərinə görə, yüklərin 15 faizi Türkiyəyə ünvanlanıb. Yüklərin 12 faizi
Afrikaya, 29 faizi Asiyaya, 44 faizi isə Avropaya daşınıb.

Mənbə: Anadolu

Source link