“Taxt oyunları”nın məşhur cütlüyü evlənir

“Taxt oyunları”nın məşhur cütlüyü evlənir

Baxış sayı: 2. 859 dəfə baxılıb.

“Taxt oyunları” serialında Con Snou obrazı ilə dünya şöhrəti qazanan aktyor Kit Harrinqton sevgilisi Roz Lesli ilə evlənir.

ÇıxışYolu.Com “Daily Mail”ə istinadən xəbər verir ki, 31 yaşlı aktyorun serialın çəkilişləri zamanı tanış olduğu Lesli ilə toyuna 200 nəfər dəvət ediləcək.

“Taxt oyunları”nın məşhur cütlüyü evlənir

Onların toy mərasiminin vaxtı və zamanı isə mətbuatdan gizli saxlanılır.

Ötən ilin sentyabr ayında nişanlanan cütlüyün toy dəvətnaməsində Kitin serialdakı obrazı – Con Snounun möhürünün vurulduğu bildirilir.

“Taxt oyunları”nın məşhur cütlüyü evlənir“Taxt oyunları”nın məşhur cütlüyü evlənir

Qeyd edək ki, Harrinqton ilə eyni serialda üç mövsüm İqrit obrazına həyat verən Lesli aktyorla altı ildir sevgilidir.

“Taxt oyunları”nın məşhur cütlüyü evlənir

Lesli bu ilin yanvar ayında münasibətlərini daha da irəli aparmaq üçün Kitin İngiltərənin Qərbi Anqliya bölgəsindəki malikanəsinə köçüb.

“Taxt oyunları”nın məşhur cütlüyü evlənir

.
www.ÇıxışYolu.Com