“Taxt oyunları”nın yazarından yeni kitab

“Taxt oyunları”nın yazarından yeni kitab

Baxış sayı: 2. 539 dəfə baxılıb.

“Taxt oyunları”nın yazarı Corc Martin “Alov və qan” adlı yeni kitabında serialda bəhs edilən Targeryan ailəsindən bəhs edəcək.

ÇıxışYolu.Com xəbər verir ki, reytinq rekordları qıran serialın yazarı bu barədə şəxsi bloqunda məlumat verib.

O, kitabının noyabr ayında işıq üzü görəcəyini deyib.

Martinin 640 səhifəlik kitabı artıq internetdən önsatışa çıxarılıb. Kitabda Daq Vitleyin çəkdiyi 80 ədəd ağ-qara illüstrasiya da yer alır.

Qeyd edək ki, 1996-2011-ci illər arasında “Taxt oyunları” kitabının beş cildini yazan Corcun yeni əsərini sevənləri yeddi ildir gözləyirdi.

.
www.ÇıxışYolu.Com