75d9f7be-5004-4782-85da-79ebe36da494..jpg

“Taxt-tac oyunları” serialının pərəstişkarlarını kədərləndirəcək xəbər – FOTO

Baxış sayı: 249 dəfə baxılıb.

“Taxt-tac oyunları” serialının pərəstişkarlarını kədərləndirəcək xəbər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əsas personajı Con Snounun olacağı güman edilən “Taxt-tac oyunları”nın (“Game
of Thrones” /2011-2019) spin-off seriyası ləğv edilib.

Bu barədə qəhrəmanı canlandıran aktyor Kit Harinqton müsahibəsində bildirib.

Onun sözlərinə görə, süjet üçün hər kəsi həyəcanlandıracaq uyğun hekayə tapmaq
mümkün olmadığı üçün hazırda çəkiliş planları yoxdur.

“Ona görə də onun icrasını hələlik bir kənara qoymaq qərarına gəldik. Ola
bilsin ki, gələcəkdə biz buna qayıdacağıq, amma hazırda yox”, – deyə o bildirib.

Qeyd edək ki, 2022-ci ildə ABŞ-nin HBO studiyasının “Taxt-tac oyunları”nın
növbəti spin-offunu hazırlamağa başladığı
barədə xəbər yayılmışdı.

Mənbə: Screen Rant

Source link