Taxta bazarında zərərçəkən sahibkar: “70-80 min manatlıq ziyan dəyib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş
yanğında sahibkarlara külli miqdarda ziyan dəyib.
Yanğında zərər çəkən sahibkarlardan biri Mətləb Aslanov “Report”a bildirib ki,
80 kvadratmetrlik ərazidə təxminən 70-80 min manatlıq malı yanıb.
“Yanğın qonşu sexdən başlayıb. Heç bir sığorta şirkəti bazarı sığortalamayıb.
Dəfələrlə müraciət olsa da, riskli ərazi olduğuna görə sığorta edilməyib”, –
sahibkar deyib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin
qüvvələri tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan
ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. Ümumilikdə,
yanğınla mübarizə məqsədilə əraziyə 15-ə yaxın texnika və 70 nəfərə yaxın canlı
qüvvə cəlb olunub.