ec767a1d-fa15-46e8-9cf3-cedbc0e7b242..jpg

Taxtakörpü-Ceyranbatan su kəmərində sızma yaşanır – VİDEO

Baxış sayı: 436 dəfə baxılıb.

Taxtakörpü-Ceyranbatan su kəmərində sızma yaşanır – VİDEO

Taxtakörpü su anbarından Ceyranbatan su anbarına gələn əsas su xətlərindən
birində sızma yaşanır.

Məsələ ilə bağlı “Report”a açıqlama verən “Azərbaycan Meliorasiya və Su
Təsərrüfatı” ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Ceyranbatan su
anbarı Bakının su təchizatını həyata keçirir:

“Həmin anbar isə sözügedən boru xətti vasitəsilə Taxtakörpü su anbarından
qidalanır. Ona görə də həmin kəmərdə su axınını dayandırıb xətti təmirə bağlaya
bilmirik. Amma payız aylarında həmin boru xəttini təmirə bağlayacağıq. Həmin
boru xəttində bir neçə yerdə sızmalar var ki, onların hamısı təmir olunacaq. Bu
məsələdən xəbərimiz var. Biz maksimum çalışırıq ki, Ceyranbatan su anbarı
dolsun. Ora müəyyən bir vaxta qədər su yığılandan sonra xətti bağlayıb, təmirə
başlayacağıq”.

D.Şərifov qeyd edib ki, xətti təmirə bağladıqda su təchizatı ilə bağlı heç bir
problem olmayacaq:

“Həmin ərazidən iki su xətti keçir ki, onları növbəli şəkildə təmirə
bağlayacağıq”.


Source link