0b454a7b-f12d-4722-b703-160f37fc0bde..jpg

Tayvanda gün ərzində dörd güclü zəlzələ oldu – YENİLƏNİB

Baxış sayı: 434 dəfə baxılıb.

Tayvanda gün ərzində dörd güclü zəlzələ oldu – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tayvanda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Hualien şəhərindən altı kilometr
şərqdə yerləşib. Zəlzələnin ocağı yeddi kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, bu, adada gün ərzindəki sayca dördüncü güclü zəlzələdir.

Mənbə: TASS

22.04.2024, 22:00

Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ baş verib.

Adanın Mərkəzi Meteoroloji Bürosu bildirib ki, Tayvanın şərq sahillərində 5,9
bal gücündə zəlzələ olub.

Yeraltı təkanlar yerli vaxtla saat 22:11-də (Bakı vaxtı ilə 18:11 – red.)
qeydə alınıb, yeraltı təkanların episentri Hualien dairəsindən 26,8 kilometr
cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 8,6 kilometr dərinlikdə olub.

Qeyd edək ki, statistikaya görə, Tayvanın şərq hissəsində yerləşən Hualien
bölgəsində yeraltı təkanlar adanın digər ərazilərinə nisbətən daha tez-tez baş
verir.

Mənbə: RİA Novosti

Source link