Gürcüstanın “Dinamo” klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” ilə oyununa (3:0) görə cəzalandırılıb.
ÇıxışYolu.Com xəbər verir ki, buna gürcü azarkeşlərin Boris Payçadze adına “Dinamo Arena”da keçirilən görüşdə irqçi davranışları səbəb olub.
Buna görə UEFA Tbilisi klubunu 50 min avro cərimələyib.
Avqustun 15-də Tbilisidə baş tutacaq “Dinamo” – “Feyenoord” görüşü azarkeşsiz keçiriləcək.