Tbilisi sakinləri nəqliyyat böhranının girovuna çevrilib

Tbilisi sakinləri nəqliyyat böhranının girovuna çevrilib

Baxış sayı: 2. 252 dəfə baxılıb.

Gürcüstanda ikinci gündür ki nəqliyyatın hərəkəti iflic olub. 

ÇıxışYolu.Com MİR24 telekanalına istinadla xəbər verir ki, metro maşinnistləri bu gün küçələrə çıxıblar. Onlar əmək haqlarının artmasını tələb edirlər. 

Tbilisi meriyası problemi aradan qaldırmaq üçün xəttə əlavə avtobuslar buraxsa da, bu kömək etməyib. 

Yeraltı nəqliyyatı əvəz etmək  çox çətindir. Gün ərzində Tbilisi metrosundan 400 mindən çox insan istifadə edir. Bundan başqa, metro ən ucuz nəqliyyat növüdür. 23 stansiyadan ibarət metrodan tələbələr, məktəblilər, təqaüdçülər və müəllimlər istifadə edir. 

Yeraltı nəqliyyatın fəaliyyətinin nə vaxt bərpa ediləcəyi məlum deyil. Tətilçilər hazırda 400-500 dollar olan maaşlarının 45 faiz qaldırılmasını tələb edirlər. 

Tbilisi meri Kaxa Kaladze ilə ötən axşamkı görüş də nəticəsiz qalıb. O bəyan edib ki, büdcədə pul yoxdur və maaşlar qalxmayacaq. 

www.ÇıxışYolu.Com