f3980fa3-d560-4044-bf90-8cf1364359d9..jpg

Tbilisidə Azərbaycan Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş konsert keçirilib – FOTO

Baxış sayı: 406 dəfə baxılıb.

Tbilisidə Azərbaycan Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş konsert
keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Tbilisi Dövlət Konservatoriyasında Azərbaycanın Dövlət Müstəqilliyinin
Bərpası Gününün 32-ci ildönümünə həsr olunmuş “Klassik Musiqi Gecəsi” adlı
konsert proqramı təşkil edilib.

“Report” xəbər verir ki, konsert Azərbaycanın Diasporla İş üzrə Dövlət
Komitəsinin, eləcə də ölkəmizin Gürcüstandakı səfirliyinin dəstəyi, Xan
Şuşinski Fondu və Alyans Gənclər Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Gürcüstanda yaşayan azərbaycanlılarla yanaşı, gürcü ictimaiyyətinin
nümayəndələri də iştirak ediblər.

Azərbaycanın incəsənət xadimləri – əməkdar artist Nərgiz Kərimova, beynəlxalq
festival və müsabiqə laureatları, sənətkarlar Əminə Zülfüqarova, Nigar Həsənova
və Gülsüm Xəlilova tərəfindən milli musiqiləri ifa olunub.

Source link