Tbilisidə azərbaycanlı gənc rəssamın sərgisi açılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə M.F.Axundzadə adına Azərbaycan
mədəniyyəti muzeyinin rəsm qalereyasında azərbaycanlı gənc rəssam Şenay Sadiqin
Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi rəsm sərgisi açılıb.
“Report” xəbər verir ki, sərginin açılışında Türkiyənin Gürcüstandakı səfiri
Ali Kaan Orbay, diplomatlar, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət
numayəndələri iştirak ediblər.
Sərgidə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş 20-dən
çox əsər nümayiş etdirilir. Əsərlər içərisində Qazi Mustafa Kamal Atatürkün,
Çanaqqala savaşının, türk əsgərlərinin fotoları yer alıb.
Ş.Sadiq bildirib ki, çəkdiyi rəsmlərlə təkcə özünün deyil, bütün
azərbaycanlıların qardaş Türkiyəyə olan sevgisini ifadə etmək istəyib.