Azərbaycanlı məktəbli faciəvi şəkildə öldü - YENİLƏNİB

Azərbaycanlı məktəbli faciəvi şəkildə öldü – YENİLƏNİB

Baxış sayı: 4. 441 dəfə baxılıb.

Tbilisinin Barataşvili küçəsində üzərinə fasad şüşəsi düşmüş məktəblilərdən 3-ün azərbaycanlı olduğu məlum olub.

ÇıxışYolu.Com-ın “APA”-istinadən verdiyi xəbərə görə, uşaqlar hazırda xəstəxanadadır. Onların vəziyyəti stabildir və sabah evə buraxılacağı gözlənilir.

Uşaqların dediyinə görə, onlar Tbilisiyə ekskursiyaya gəliblər və dayanacaqda düşəndən sonra bədbəxt hadisə baş verib. Onlar şəhərin Zemo Poniçala qəsəbəsində yerləşən 70 saylı məktəbin şagirdləridir.

Qeyd edək ki, bu gün günorta saatlarında Tbilisidə Barataşvili küçəsində yerləşən binaların birindən düşən fasad şüşəsi 6 uşağa xəsarət yetirib.

Uşaqlardan biri 14 yaşlı Aslan Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı cinayət işi açılıb, ekspertiza müəyyən olunub.

21:50

Tbilisinin mərkəzində Barataşvili küçəsində hündür mərtəbəli binanın fasadından qopan şüşə panel yoldan keçənlərin üzərinə aşıb.

ÇıxışYolu.Com xəbər verir ki, hadisə nəticəsində yerli məktəblərdən birində oxuyan 12-14 yaşlarında 6 yeniyetmə xəsarət alıb. Zərərçəkənlərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Yeniyetmələrdən biri – 14 yaşlı azərbaycanlı Aslan Məmmədov, aldığı xəsarətdən dünyasını dəyişib.

“Əməliyyat aparmaq təəssüflər olsun ki, mümkün olmadı.Belə ki, zərərçəkənin ürəyi dayandı. Onu bir neçə dəfə həyata qaytarmaq mümkün olsa da, pasiyent sonradan travmatik şokdan dünyasını dəyişib” deyə xəstəxananın reanimotoloqu Qerqi Xarçilava bildirib.

Gürcüstan DİN insidentlə bağlı cinayət işi açıb.

Gürcüstan baş naziri Qeorqi Kvirikaşvili Barataşvili küçəsində baş verən insidentdə ölən uşağın ailəsinə başsağlığı verib.

“Bu çətin dəqiqələrdə, Barataşvili küçəsində baş verən faciədə 14 yaşlı Aslan Məmmədovun ölümü  ilə əlaqədar onun valideynlərinə, ailəsinə, həmyaşıdlarına və pedaqoqlarına dərin üzün hissi ilə başsağlığı verirəm. Baş verən hadisə məni çox sarsıtdı, bu acını ifadə etmək üçün söz tapa bilmirəm” deyə baş nazirin bəyanatında deyilir.

www.ÇıxışYolu.Com