Tbilisidə etirazçılar hökumətə ultimatum verib

Tbilisidə etirazçılar hökumətə ultimatum verib

Baxış sayı: 2. 873 dəfə baxılıb.

Tbilisidə baş qaldıran yeni etiraz dalğasının təşkilatçısı Zaza Saralidze Gürcüstan baş naziri Qeorqi Kvirikaşvili ilə keçirdiyi görüşdən sonra mətbuata açıqlama verib.

ÇıxışYolu.Com xəbər verir ki, kütləvi davada oğlunu itirmiş valideyn yeniyetmələrin ölümü ilə bağlı istintaqın yekunlaşdırılması üçün hökumətə iyunun 10-a kimi vaxt verib.

Saralidzenin sözlərinə görə, əks təqdirdə Gürcüstan hökumətinin istefası tələbi ilə kütləvi mitinqlər davam edəcək.

“Ayın 10-a kimi baş nazirin vədləri yerinə yetirilməsə, biz yenidən ayağa qalxıb hökumətin istefasını tələb edəcəyik”, -deyə Saralidze jurnalistlərə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, istintaqı saxtalaşdıran istənilən şəxsi həbs etmək lazımdır.

.
www.ÇıxışYolu.Com