cd69e763-3d5b-4f18-9c40-79773547fedf..jpg

Tbilisidə Gürcüstanın Aİ-yə inteqrasiyasına dəstək yürüşü keçirilib – VİDEO

Baxış sayı: 440 dəfə baxılıb.

Tbilisidə Gürcüstanın Aİ-yə inteqrasiyasına dəstək yürüşü keçirilib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Şurasının Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verilməsi ilə bağlı
Tbilisinin mərkəzində yürüş keçirilib.

“Sənin səsin Avropa İttifaqına” adlı təədbirdə yüzlərlə insan iştirak edib.

Aksiya Tbilisinin mərkəzindəki Respublika meydanında başlayıb. Onun
iştirakçıları, o cümlədən vətəndaş fəalları və müxalifət siyasətçiləri təxminən
3,5 km aralıda yerləşən Avropa Meydanına doğru irəliləyiblər.

Aksiyada ölkə prezidenti Salome Zurabişvili də iştirak edib. O, Avropa meydanı
yaxınlığında yürüş iştirakçıları ilə görüşüb.

Vətəndaşlar özlərilə xüsusi olaraq yürüş üçün tikilmiş nəhəng Aİ bayrağı
daşıyıblar. Bayrağın uzunluğu 33 m, eni isə 22 m-dir. Avropa İttifaqının
bayrağının üzərində yerləşən 12 ulduz Gürcüstanın müxtəlif yerlərində tikilib.
Yürüş təşkilatçılarının fikrincə, aksiyanın mahiyyəti gürcü xalqının Avropa
İttifaqının bir hissəsi olmaq istəyini bir daha Avropaya göstərməkdən
ibarətdir. Xatırladaq ki, dekabrın 15-də Avropa İttifaqı Gürcüstana üzvlüyə
namizəd statusunun verilməsi və ya verilməməsi ilə bağlı qərarını açıqlayacaq.

Mənbə: TASS

Source link