Tbilisidə Gürcüstan hökumətinin istefasını tələb edən etiraz aksiyasının iştirakçıları Rustaveli prospektini bağlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Aksiyada üç minə yaxın insan iştirak edir. Onların çoxu parlament binasının qarşısına toplaşıb, bəziləri isə yolu tutaraq nəqliyyatın hərəkətini iflic edib.
Ərazidə olan patrul polis dəstələri hələ ki, yolu açmaq üçün hər hansı tədbir görməyib.
Aksiyada sıravi vətəndaşlar çıxış edir. Üzləşdikləri müxtəlif sosial-siyasi problemlərdən şikayətlənərək, ədalətin öz yerini tapmasını tələb edir.
Vətəndaşlar qanunun aliliyinin qorunub saxlanmasının vacibliyini vurğulayıb. Hər hansı siyasi bəyanatlar səslənməsə də, etirazçılar birmənalı olaraq hökumətin istefasını tələb edir.