Tbilisidə kütləvi həbslər – VİDEO – YENİLƏNİB

Baxış sayı: 3. 140 dəfə baxılıb.

Tbilisidə kütləvi həbslər – VİDEO – YENİLƏNİB

Tbilisinin Rustavelli prospektində keçirilən etiraz aksiyasında saxlanılan fəalların sayı 19 nəfərə çatıb.

ÇıxışYolu.Com “Sputnik-Qruziya”ya istinadən xəbər verir ki, saxlanılanlar arasında gürcüstanlı millət vəkili  və İnterpolun axtarışında olan Qazaxıstan vətəndaşı da var.

Gürcüstan DİN-nin Mərkəzi Cinayət Polisi departamentinin baş idarəsinin rəisi Mamuka Çelidze bu haqda məlumat verib.

Onun sözlərinə görə, 19 aksiya iştirakçısı İnzibati-xətalar məcəlləsinin “kiçik xuliqanlıq” və “polisə müqavimət ” maddələri əsasında saxlanılıb.

Bundan əvvəl saxlanılmış Vahid Milli Hərəkat partiyasından olan deputat Nikanor Meliyaya gəlincə, Çelidze onun artıq sərbəst buraxıldığını bildirib.

“Rustavelli prospektində Gürcüstan parlamentinin üzvü Nikanor Meliya ictimai asayışı pozub, polisləri təhqir edib və qanuni tələblərə məhəl qoymayıb. Polis hadisə yerində inzibati pozuntunun qarşısını alıb. Nikanor Meliya hazırda azadlıqdadır”, -deyə idarə rəisi diqqətə çatdırıb.

19:55

Gürcüstanda parlament binasının qarşısında gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilir.

ÇıxışYolu.Com “Sputnik-Qruziya”ya istinadən xəbər verir ki, etiraz aksiyasi iştirakçılarının həbsi və etirazçıların qurduğu çadır düşərgəsinin sökülməsindən sonra Rustaveli prospektinə əlavə polis qüvvələri cəlb olunub.

Tbilisidə övladı öldürülmüş valideyn Zaza Saralidzenin təşəbbüsü ilə keçirilən etiraz aksiyası 12-ci gündür ki, davam edir. Parlament qarşısında keçirilən aksiyaya müxalifət partiyaları da dəstək göstərir.

Hazırda parlament binasının qarşısına onlarla insan toplaşıb. Onların arasında Vahid Milli Hərəkat, “Yeni Gürcüstan” partiyası və Milli-Demokratik partiyanın liderləri yer alır.

.
www.ÇıxışYolu.Com