Tbilisidə nazirlərdən birini daşıyan avtomobil 11 yaşlı yeniyetməni vurub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Tbilisinin şəhərkənarında, məktəb yaxınlığından keçən Sxeneti şossesində baş verib.
Zərərçəkmiş uşağın xəstəxanaya çatdırıldığı bildirilir. Həkimlər onun həyatının təhlükədə olmadığını açıqlayıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, 11 yaşlı şagirdi vuran avtomobildə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili daşınıb.