Rusiyanın “Maraqlar bölməsi” təşkilatının əməkdaşları sinələrinə bərkidilmiş Qeorqi lentinə görə Tbilisinin Qələbə parkında keçirilən bayram tədbirinə buraxılmayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Rustavi 2” məlumat yayıb.
Məlumata görə təhlükəsizlik tədbirləri həyata keçirən gürcü polisi diplomatların yalnız lentləri çıxardıqdan sonra parka daxil olmalarına icazə verib.
Polis əməkdaşları eyni zamanda kommunizm simvolikasının istifadə olunmasına qarşı etiraz edən “Vahid milli hərəkat” və “Güc birlikdədir” müxalifət hərəkatlarının nümayəndələrini tədbirə buraxmayıb.
Bu arada Ukraynanın Odessa şəhərində isə küçəyə Qeorqi lenti ilə çıxdığına görə iki nəfər saxlanılıb.
Ölkədən 2017-ci ildə “Qeorqi lentinin hazırlanması və təbliğatının qadağan edilməsi” haqqında qanun qüvvəyə minib.