Tbilsinin mərkəzində ötən ilin qışında yeniyetmələri ölüdürən günahkarların cəzalandırılması tələbilə etiraz aksiyaları başlayıb.
ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, aksiyanın əsas təşkilatçısı olan qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidze kütləvi aksiyanın baş nazir və hökumət istefa verənədək davam etdiriləcəyini bildirib.
Polis nəqliyyatın hərkətini məhdudlaşdırmayıb. Mitinqdə minlərlə insan iştirak edir.