Tbilisidə yenidən etiraz aksiyası: Parlament binasının yerləşdiyi prospekt
bağlandı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində Rusiyanın xarici agentlər haqqında
qanunun analoqunun əleyhdarları toplaşıblar.
Məlumata görə, parlament binasının yerləşdiyi Rustaveli prospekti bağlanıb.
Etirazçılar bütün gecəni qanunverici orqanın qarşısında keçirmək
niyyətindədirlər.
Qanunvericilik binasının qarşısında əlavə polis qüvvələri səfərbər edilib.
Qeyd edək ki, hakim “Gürcü Arzusu” partiyası mayın 13-də səhər saatlarında
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini komitənin dinləmələrinə
təqdim edəcək. Ayın 14-də parlamentin iclası olacaq və orada hakimiyyətin
qalmaqallı təşəbbüsünün üçüncü və yekun oxunuşda qəbul edilməsi planlaşdırılır.
Aprelin 15-dən Gürcüstanda “Rusiya qanunlarına yox!” şüarı altında mitinqlər
keçirilir.
Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelauri etirazçıları
dövlət qurumlarının qarşısını kəsiləcəyi təqdirdə 4 ilə qədər həbslə hədələyib.
Mənbə: sova.news