Tbilisinin mərkəzində aksiyaların davam etdiyi Rustaveli prospektinə “akustik toplar”ı olan maşınlar gətirilib.
ÇıxışYolu.Com “Rustavi 2” telekanalına istinadən xəbər verir ki, vəziyyət hələ də gərgin olaraq qalır.
Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya aksiyanın təşkilatçıları ilə danışıqlar aparır.
Qeyd edək ki, “akustik toplar” ilk dəfə Mixail Saakaşvilinin prezidentliyi dövründə 2007-ci ilin noyabrında müxalifət mitinqini dağıtmaq üçün istifadə olunub.