c08f2c22-e2eb-4c36-888e-6a98d515fb65..jpg

TBMM sədri: “Dünya ictimaiyyəti öz maraqları naminə 30 il ərzində Ermənistanın işğalını görməzdən gəlib”

Baxış sayı: 449 dəfə baxılıb.

TBMM sədri: “Dünya ictimaiyyəti öz maraqları naminə 30 il ərzində Ermənistanın
işğalını görməzdən gəlib”

“Qarabağın Ermənistanın işğalından necə azad olunduğunu hər kəs bilir.
Beynəlxalq ictimaiyyət öz maraqları naminə 30 il ərzində Ermənistanın işğalını
görməzdən gəlib”.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri
Numan Kurtulmuş Ankarada keçirilən “Türk dünyasının yüz ili: Siyasi, iqtisadi
əlaqələrdə yeni yol modeli” adlı konfransda deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və Türkiyənin
dəstəyi ilə 30 illik işğala son verilib:

“Azərbaycan öz işini özü gördü. Qarabağ azad olundu. İnşallah, qarşıdakı
dövrdə isə Qarabağ abad olacaq”.

Source link