Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Türkmənistan parlamentinin təşkil etdiyi “Beynəlxalq sülh və etimadı artırmaqda parlamentarilərin rolu” adlı iclasda çıxış edib.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Türkiyə Ermənistanın istər Azərbaycana qarşı, istərsə də regional olaraq təhdid, risk yaradan, məsuliyyətsiz davranan bir dövlət olduğu qənaətindədir. Ermənistanın Azərbaycan torpaqlarında işğalçı olduğu beynəlxalq hüquq, beynəlxalq hüququn təsis etdiyi qurumlar tərəfindən müəyyən edilmiş bir həqiqətdir”, – deyə M.Şəntop bildirib.