TDT Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən liderlərimiz
sadəcə regional deyil, həm də beynəlxalq aləmdə ədalətlə bağlı qətiyyətli
mövqelərini ortaya qoyublar”.
Bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek
Ömüraliyevin Yeni il münasibətilə təbrikində qeyd olunub.
Qeyd olunub ki, Astana Zirvə görüşü türk dünyasında yeni və vacib səhifə açıb:
“Türk dünyası beynəlxalq geosiyasi proseslərlə bağlı ortaq mövqe nümayiş
etdiriblər”.
Bildirilib ki, ötən il ciddi uğurlar əldə olunub:
“TDT daxilində əməkdaşlığımızı inkişaf etdirdik. 30-a yaxın sahədə
münasibətləri genişləndiririk”.
Baş katib 2024-cü ilin TDT üçün daha uğurlu olmasını arzulayıb.