9d3ddd04-441e-4732-ab44-3aef8d1b977e..jpg

TDT Azərbaycanın reinteqrasiya səylərini və Qarabağdakı quruculuq işlərini alqışlayıb

Baxış sayı: 465 dəfə baxılıb.

TDT Azərbaycanın reinteqrasiya səylərini və Qarabağdakı quruculuq işlərini
alqışlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Respublikasının suverenliyinin 2023-cü il sentyabrın 19-20-də
lokal antiterror tədbirlərindən sonra tamamilə bərpa edilməsini alqışlayırıq”.

Bu barədə noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk
Əsri” şüarı ilə keçirilən 10-cu yubiley Zirvə görüşündə qəbul edilmiş
Bəyannamədə bildirilib.

Bəyannamədə, həmçinin Azərbaycan hökumətinin reinteqrasiya səyləri,
Azərbaycanda münaqişədən sonrakı bərpa və yenidənqurma işləri dəstəklənib.

Bundan başqa, türk dövlətləri bəyan edib ki, bu işdə onlar Azərbaycana öz
töhfələrini davam etdirməyə hazırdırlar.

Source link