TDT-nin müşahidəçiləri işğaldan azad edilmiş ərazilərdə seçkini izləyəcəklər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türk Dövlətləri Təşkilatının (TDT) Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM)
fevralın 7-nə təyin edilmiş prezident seçkisini izləmək üçün Azərbaycanda
fəaliyyətə başlayıb.
Secki-2024.az xəbər verir ki, TDT-nin Baş katibi, səfir Kubanıçbek
Ömuralıyevin rəhbərlik etdiyi missiyaya qurumun katibliyinin rəsmiləri, üzv
dövlətlərin Mərkəzi Seçki komissiyalarının (MSK) nümayəndələri və TDT
ölkələrinin mütəxəssisləri daxildir. Nümayəndə heyətinin Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyində və MSK-da görüşləri nəzərdə tutulub.
TDT-nin müşahidəçiləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə də
seçkiləri izləyəcəklər. TDT-nin nümayəndə heyətinin fevralın 8-dək Azərbaycanda
səfərdə olacağı nəzərdə tutulur.