e46a4e72-ac41-468e-a866-7b6769573f4f..jpg

TƏBİB-dən Perinatal Mərkəzdəki yanğında təxliyə olunan uşaqların vəziyyəti ilə bağlı AÇIQLAMA – VİDEO

Baxış sayı: 598 dəfə baxılıb.

TƏBİB-dən Perinatal Mərkəzdəki yanğında təxliyə olunan uşaqların vəziyyəti ilə
bağlı AÇIQLAMA – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Perinatal Mərkəzdə baş verən yanğın zamanı 60 uşaq təxliyə olunub”.

Cixisyolu.com xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin
(TƏBİB) icraçı direktorunun müavini Anar İsrafilov Respublika Perinatal
Mərkəzindəki yanğından sonra təxliyə edilənlərin son durumu haqqında danışarkən
deyib.

O qeyd edib ki, hazırda təxliyə edilənlərin vəziyyəti tam nəzarətdədir:

“60 uşaq TƏBİB tabeliyində olan 6 tibb müəssisəsinə təxliyə edilib. Onların
tüstüdən boğulma və ya yanıq xəsarətinə dair diaqnozları yoxdur. Respublika
Perinatal Mərkəzi 3-cü səviyyəli doğum tibb mərkəzidir. Buradakı uşaqlar ya
vaxtından öncə doğulub, ya da yanaşı patologiya ilə dünyaya gələn körpələrdir.
Onların müalicələri davam etdirilir. Vəziyyətlərində heç bir ağırlaşma müşahidə
edilmir”.

Qeyd edək ki, təxliyə prosesi Kliniki Tibbi Mərkəz, “Yeni Klinika”, Mərkəzi
Neftçilər Xəstəxanasının, Sabunçu Tibb Mərkəzi, Xətai Tibb Mərkəzidir.

Könül Cəfərli


Source link