a7109748-f118-4020-9df2-35a1a8d76e52..jpg

TƏBİB Xalq artisti Naibə Allahverdiyevanın səhhəti ilə bağlı məlumat yayıb – YENİLƏNİB

Baxış sayı: 427 dəfə baxılıb.

TƏBİB Xalq artisti Naibə Allahverdiyevanın səhhəti ilə bağlı məlumat yayıb –
YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xalq artisti Naibə
Allahverdiyevanın səhhəti ilə bağlı məlumat yayıb.

TƏBİB-dən Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib ki, Xalq artisti ilə
əlaqə yaradılıb, ona zəruri tibbi xidmətin göstərilməsi üçün tibb müəssisəsində
müalicəyə cəlb olunması təklif edilib.

Hazırda Naibə Allahverdiyeva TƏBİB-in tabeliyində fəaliyyət göstərən Nizami
Tibb Mərkəzinə qəbul olunub, ona zəruri həkim baxışı və müayinələr təyin olunub.

Sağlamlıq vəziyyətinə uyğun olaraq ambulator və ya stasionar müalicəyə cəlb
ediləcək.

18:00

“Xəstəxanada deyiləm. Təcili yardım çağırmışam, deyirlər ki, xəstəxanada yer
yoxdur”.

Bunu Cixisyolu.com-a halının pisləşdiyi və xəstəxanaya yerləşdirildiyi ilə bağlı
məlumat yayılan Xalq artistiNaibə Allahverdiyeva deyib.

O qeyd edib ki, həm qızdırması, həm də təzyiqi var.

“Qızdırmam tez-tez qalxıb-düşür. 38-39 dərəcəyə qalxır. Təzyiqim də eyni
qaydada, qalxıb-düşür. 5 saylı Kliniki Xəstəxanaya getmişəm, amma yatmamışam.
Hazırda xəstəxana axtarışındayam. Özümü çox pis hiss edirəm”.

Əzizə İsmayılova

Source link