Tehran metrosunda yanğın baş verib – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İranın paytaxtı Tehranda metronun Şuş stansiyasında elektron sistemdə baş
vermiş yanğınla əlaqədar “15 Xordad” stansiyası ilə “Şəhid Buxarai” stansiyası
arasındakı 1 saylı xəttin elektrik enerjisi kəsilib, qatarların hərəkəti
dayandırılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
“Bu gün saat 19:00-da metronun Şuş stansiyasında yanğınla bağlı məlumat daxil
olub. Elektrik yarımstansiyası yanıb, itki və xəsarət alanlar olmadan yanğının
qarşısı alınıb”, – deyə yanğınsöndürmə idarəsinin mətbuat xidmətinin rəhbəri
Cəlal Mələki bildirib.
Həmçinin qeyd olunur ki, metronun “Xomeyni” stansiyasında dəmir yolu relsi
qırılıb, sərnişinlər təxliyyə olunurlar.