Tehrandan çıxan təyyarədə bomba təhlükəsinə görə Almaniyada aeroportun işi
dayandırıldı
Tehrandan (İran) çıxan təyyarənin göyərtəsində bomba təhlükəsi yarandığı üçün
Hamburq Beynəlxalq Hava Limanının (Almaniya) işi tamamilə dayandırılıb.
Məlumata görə, təyyarə aeroporta eniş edib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hava gəmisində axtarış
aparırlar.
Təyyarədə olan 198 sərnişin və 16 ekipaj üzvü təyyarəni tərk edib. Hazırda
onların baqajı yoxlanılır.
Hava limanı Bakı vaxtı ilə saat 14:40-dan etibarən reyslər göndərmir və qəbul
etmir.
O da vurğulanır ki, federal polis elektron poçt vasitəsilə daxil olan
xəbərdarlığı ciddi qiymətləndirir.
Mənbə: NDR