“Rossiya 1” telekanalının efirində gedən teledebatda prezidentliyə namizəd Kseniya Sobçak Rusiya Liberal Demokratlar partiyasının lideri Vladimir Jirinovskinin üzərinə su atıb.Buna səbəb sonuncunun Sobçak barədə təhqiramiz ifadə işlətməsi olub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Sobçok stəkanda olan suyu Jirinovskinin üzərinə boşaldaraq, LDP liderinə qarşı onun öz metodundan istifadə etdiyini bildirib.Bundan sonra Jirinovski özündən çıxaraq, efirdə xanım namizədin ünvanına etikadan kənar ifadələr işlədib.Hiddətlənmiş namizədi Vladimir Sovolyov sakitləşdirməyə çalışıb. Bir müddətdən sonra Jirinovski özünü ələ alaraq, fikirlərini senzuradan çıxmamaq şərtilə ifadə edib.