d7eca72d-9b73-4e90-ac38-9e809c7b207f..jpg

Telefonu əlindən alınan qadın qardaşları tərəfindən döyülüb?

Baxış sayı: 772 dəfə baxılıb.

Telefonu əlindən alınan qadın qardaşları tərəfindən döyülüb?

Məişət zorakılığı qurbanı olan qadının qardaşları tərəfindən döyülməsi iddia
edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, döyülən qadının telefonu əlindən alınıb, əlaqə yaratmaq mümkün
deyil.

İddia edilib ki, qadının təhülkəsizliyi ilə bağlı Daxili İşlər Nazirliyinə
müraciət edilsə də, təmin edilməyib və qadın döyülüb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Cixisyolu.com-ın sorğusuna cavab
olaraq bildirib ki, məsələ nəzarətdədir, araşdırma aparılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur
Mərdanoğlu Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirib ki, məişət zorakılına
məruz qalmış qadınla əlaqə yaratmaq mümkün olub:

“Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına, eyni zamanda, yerli icra
hakimiyyətinin nəzdində fəaliyyət göstərən komissiyaya məlumat verilib. Məsələ
nəzarətə götürülüb və hüquqi addımlar atılır. Məişət zorakılığının qarşısını
almaq üçün bütün tədbirlər görülür”.

İlhamə Əbülfət

Source link