88e615c7-b0ab-4791-9a7b-ab524553a1b6..jpg

“Telegram”da açdığı pornokanala görə həbs edildi

Baxış sayı: 572 dəfə baxılıb.

“Telegram”da açdığı pornokanala görə həbs edildi

“Telegram” sosial şəbəkəsində pornoqrafik kanal yaradan daha bir gənc
məsuliyyətə cəlb olunub.

“Qafqazinfo” xəbər verir ki, pornoqrafik materialların yayılması ilə məşğul
olan Siyəzən sakini, 2000-ci il təvəllüdlü A.Muradov (şərti) barəsində cinayət
işi başlanılıb. Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialların qanunsuz
yayılması) maddəsi ilə açılmış işin materialları rayon məhkəməsinə göndərilib.

Məhkəmədə bildirilib ki, ailəli və ali təhsilli olan A.Muradov daha əvvəl
törətdiyi başqa xarakterli cinayətə görə şərti azadlıqda olub. O, sınaq
müddətində teleqramda kanal yaradaraq buraya çoxsaylı foto və videoları
toplayıb. Səhifənin 5-6 min nəfərədək izləyicisi olub, həmçinin reklam
paylaşımları edilib.

Məhkəmə A.Muradovun sınaq müddətində yenidən cinayət tərkibli əməl törətməsini
nəzərə alaraq bu dəfə ona daha ağır cəza təyin edib. Siyəzən Rayon Məhkəməsinin
10 oktyabr tarixli hökmü ilə 23 yaşlı oğlana 1 il 6 ay internetdən istifadə
etməklə proqram təminatları yaratmaq və onlara xidmət göstərmək hüququndan
məhrum edilməklə 2 il 6 ay müddətinə həbs cəzası verilib. O, məhkəmə zalındaca
həbs edilib.

Qeyd edək ki, daha əvvəl də “Telegram”da pornoqrafik kanallar açan bir neçə
gənc cinayət məsuliyyətinə cəlb edilib.

Source link