548845e5-0fe0-44e8-977e-c4e440a73616..jpg

“Telegram”da qadınların çılpaq görüntülərini yayan şəxsə hökm oxundu

Baxış sayı: 474 dəfə baxılıb.

“Telegram”da qadınların çılpaq görüntülərini yayan şəxsə hökm oxundu

Şəki Apellyasiya Məhkəməsində pornoqrafik materialları və ya əşyaları qanunsuz
yaymada təqsirləndirilən Xəlil Xəlilovun (şərti) barəsindəki hökmdən verilən
apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Xasməmmədovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Sabirabad Rayon Məhkəməsinin hökmü ilə o, 500 manat məbləğində cərimə cəzasına
məhkum edilib. Xəlil Xəlilovun barəsində seçilmiş yetkinlik yaşına çatmayan
şəxsi nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək
dəyişdirilmədən saxlanılıb. İttihama görə, Xəlil Xəlilov özünə məxsus mobil
telefonla yaşadığı Sabirabad şəhərində “Telegram”da kanal yaradıb. O, həmin
səhifəyə ictimai şərtlərin normasını pozub, qarşı tərəfi qıcıqlandırıb,
şəxsiyyəti mənəvi cəhətdən alçaldıb, seksual davranışın biədəb formada həyata
keçirilməsi və s. kimi pornoqrafik xarakterli əlamətlər yer alan çılpaq formada
qadın görüntüləri daxil etməklə reklam məqsədilə pornoqrafik materialları
qanunsuz hazırlayıb. Təqsirləndirilən şəxs habelə qeyd olunan xarakterli
materialları gəlir etmək məqsədilə “Telegram”dakı kanalında 2022-ci ilin
sentyabr ayından 2022-ci ilin noyabr ayının əvvəllərinədək olan müddət ərzində
səhifəyə üzv olmuş 12 800 nəfərdən çox daimi izləyicinin istifadəsinə verərək
reklam etməklə yayıb.

Source link