c1421ecd-0560-4ffc-b215-14160cf96a48.jpg

Telli Borçalının adından istifadə edib toy yiyəsindən pul aldılar

Baxış sayı: 261 dəfə baxılıb.

Aşıq Telli Borçalı sosial şəbəkələrdə adından istifadə edərək dələduzluq
edildiyini bildirib.

Lent.az xəbər verir ki, aşıq adına açılan saxta sosial şəbəkə hesabı ilə
insanlardan toyları üçün beh alındığını söyləyib:

“Mənim nə “Instagram”ım, nə də “Facebook”um var. Heç bir sosial şəbəkədə
yoxam. Dostlarımın israrı ilə ancaq “WhatsApp” açmışam. Amma görürəm ki,
adımdan səhifələr açılır.

Bir dəfə başıma iş gəlib. Mənim prodüserim olduğunu deyib və toyun behini
həmin adamdan alıb. Deyir indi, o adamın nömrəsi filan yoxdur, bağlayıb.

Mənə tarix deyir, cavab verirəm ki, həmin gün başqa toydayam. Belə şeylər var,
insanları aldadırlar”.

Source link