Telman İsmayılov iri ticarət mərkəzini itirdi

Telman İsmayılov iri ticarət mərkəzini itirdi

Baxış sayı: 2. 417 dəfə baxılıb.

Moskvanın İzmaylov şossesində yerləşən 20,9 min kv.metr sahəsi olan ticarət mərkəzi mayın 3-də keçirilən hərracda “Avanqard” bankına satılıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Agentliyin məlumatına görə, ticarət mərkəzi əvvəllər azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olub.

Alqı-satqı 1,55 milyard rubla baş tutub. Bina, içində olan inventarla birgə bankın mülkiyyətinə keçib.

Lotda təsviri zamanı inventara “Saratov” soyuducusu, ofis mebeli, kompüterlər və digər əşyalar daxil olub.

Hərraca çıxarılana qədər ticarət mərkəzi  Telman İsmayılov və ailəsinin AST şirkətlər qrupuna daxil olan “Ruslayn 2000” şirkətinin balansında olub.

.
www.ÇıxışYolu.Com