Telman İsmayılov Monteneqroda gizlənir

Telman İsmayılov Monteneqroda gizlənir

Baxış sayı: 2. 256 dəfə baxılıb.

Rusiyada sifarişli qətldə ittiham olunan Telman İsmayılov Monteneqroda gizlənə bilər.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Prestupnaya Rossiya” nəşrinə məlumatlı mənbə açıqlama verib.

Mənbənin sözlərinə görə, qaçaq biznesmen həmin ölkənin hakim dairələri ilə heç bir halda Rusiyaya ekstradisiya edilməməsinə dair razılığa gəlib.

Xatırladaq ki, ötən il İsmayılovlar ailəsi Türkiyənin Antalya şəhərində, “Mardan Palace” mehmanxana kompleksinin ərazisində yerləşən malikanədə qalırdı.

Ancaq İsmayılovlar Rusiyaya ekstradisiya olunacaqlarından ehtiyat etdiklərindən bir müddət sonra Türkiyəni tərk ediblər.

.
www.ÇıxışYolu.Com