dd2e423a-91c8-4324-ab1c-3cf44c19db52.jpg

Temperatur 4-7 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ

Baxış sayı: 131 dəfə baxılıb.

Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə arabir yağış yağacağı
gözlənilir.

Cixisyolu.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi,
şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sabah axşamdan oktyabrın 20-si gündüzədək
qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış
yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan
MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi
Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu
düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən
Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi
ehtimalı var.

Source link