Teodor Deçev: “Erməni tərəfi daha hansı hərbi məğlubiyyəti gözləyirdi?” – ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Brüsselin Ermənistan-Azərbaycan danışıqları üçün platforma yaratmaq səyləri
Fransa və digər ölkələr, eləcə də bəzi beynəlxalq təşkilatlar və fondlar
tərəfindən pozulur. Paris sayəsində Avropa İttifaqı artıq dürüst broker kimi
qəbul edilmir.
Bu barədə Cixisyolu.com
bolqar analitik, dosent, Bolqarıstan Ali Təhlükəsizlik və İqtisadiyyat
Məktəbinin Qara dəniz və Xəzər regionu problemləri üzrə laboratoriyasının
rəhbəri, doktorTeodor Deçevlə söhbət edib.
Noyabrın 13-də Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki,
Brüssel, həqiqətən də, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə nail
olmaq üçün vasitəçi rolunu oynamaqda davam etmək istəyir. Fransa müdaxilə edənə
qədər Avropa İttifaqı, doğrudan da, bir müddət uğurla işləyib. Daha sonra
Fransa Ermənistana silah tədarük etməyə başladı və Parisin meri Ann İdalqo
dekabrın 10-da Qarabağ ermənilərini “Parisin fəxri vətəndaşları” elan etməyi
vəd verdi. Lakin bütün bu hərəkətlər Ermənistan üçün ümid illüziyası yaradır və
nəticədə İrəvan sülh sazişinin imzalanmasına razılıq verməkdə tərəddüd edir.
Azərbaycan isə öz əsas vəzifəsini icra edib. Əgər İrəvan sülh müqaviləsi
istəmirsə, bu onun öz işidir, çünki bunun Bakıya heç bir təsiri yoxdur.
Teodor Doçevin fikrincə, Paris yalançı ümidlər verir. O, Fransadakı böyük
erməni diasporunun bu ölkədə istənilən seçki üçün ciddi faktor olduğunu
bildirib və qeyd edib ki, bütün Fransa siyasi qüvvələri bu insanların rəğbətini
qazanmaq istəyir.
“Mən ermənilərin məntiqini başa düşə bilmirəm. Özünüz düşünün. Birinci Qarabağ
müharibəsi şərti olaraq 1988-ci ildən 1994-cü ilə qədər davam edib. 2020-ci
ildə İkinci Qarabağ müharibəsi 44 gün davam etdi və Azərbaycanın qələbəsi ilə
başa çatdı. 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ölkə ərazisində
suverenliyinin bərpası ilə başa çatan antiterror tədbirləri 24 saatdan az davam
edib. Bilmirəm, erməni tərəfi daha hansı hərbi məğlubiyyəti gözləyirdi?” – deyə
Deçev bildirib.
Analitik, həmçinin qeyd edib ki, vaxtilə ermənilər, beynəlxalq hüququn
Azərbaycanın tərəfində olmağına baxmayaraq, döyüş meydanında onların qalib
gəldiklərini və buna görə də haqlı olduqlarını deyirdilər, lakin indi isə hətta
bu arqumenti də irəli sürə bilmirlər. O, hansı məntiqlə ermənilərin Birinci və
İkinci Qarabağ müharibələri arasında olduqlarını hesab etdiklərini başa
düşmədiyini qeyd edib.
“Bununla belə, məncə, Ermənistanın siyasi rəhbərliyi vəziyyəti yaxşı dərk
edir. Onlar, sadəcə olaraq, keçmiş təcrübəsini unutmurlar. Məsələn,
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Azərbaycanla sülhdən
danışsa da, sonda hakimiyyətini itirmişdi. Paşinyan da indi oxşar
vəziyyətdədir, ona görə də o, anti-Azərbaycan fəaliyyətini imitasiya edir.
Fransa kimi müəyyən qüvvələr var ki, bu siyasi teatrın səhnəsində onları
oyuncağa çeviriblər. Amma bu, təkcə Azərbaycanı deyil, digər ölkələri də əsaslı
şəkildə qıcıqlandırır”, – deyə Teodor Deçev əlavə edib.
Nair Əliyev