Ter-Petrosyan Qarabağdakı etirazlar barədə: Bu, fəlakətdir

Ter-Petrosyan Qarabağdakı etirazlar barədə: Bu, fəlakətdir

Baxış sayı: 2. 706 dəfə baxılıb.

Ermənistanda baş verənlərin Qarabağda təkrarlanması yumşaq desək, qəbuledilməzdir. Bu, fəlakətə səbəb ola bilər. 

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrostan erməni saytlarından birində yayımlanan məqaləsində yazıb. 

Qeyd edək ki, bazar günü Xankəndində eyni anda 2 etiraz aksiya keçirilib. Etirazçılar şəhərin küçələrini bağlayıblar. 

Ter-Petrosyanın sözlərinə görə, bu, təhlükəli presedentdir və hərbi vəziyyətdə olan Qarabağ ictimaiyyəti üçün parçalanmaya gətirib çıxara bilər. 

Ermənistanın birinci prezidenti hesab edir ki, Robert Koçaryan, Serj Sarkisyan, Arkadi Qukasyan və Samvel Babayan Qarabağdakı siyasi böhrandan öz məqsədləri üçün istifadə edib. 

Əli Məmmədov
www.ÇıxışYolu.Com