Böyük Britaniya hökumətinin bir sıra nazirləri hökumət başçısı Tereza Meyi tutduğu vəzifədən kənarlaşdırmaq üçün razılığa gəliblər.
Lenta.ru-nun xəbərinə görə, 11 nazir baş nazirin “toksik və qeyri-sabit siyasi fiqur” olmasını əsas gətirərək onun istefa verməli olduğunu, Tereza Meyin imtina edəcəyi təqdirdə, onun səlahiyyətlərini öz öhdələrinə götürmək barədə razılığa gəliblər.
Tereza Meyin yerinə onun müavini Devid Lidinqton, həmçinin, ekologiya naziri Maykl Qouv və diplomat Ceremi Xantın namizədliyi irəli sürülüb.
Tereza Meyin 10 gün ərzində istefa verməsi gözlənilir.
Qeyd edək ki, Tereza Meylə hökumət üzvləri arasında qarşıdurma Britaniyanın Avropa İttifaqından ayrılmasına dair sazişə görə yaranıb.
Martın 29-da Britaniya Aİ-dən çıxmalıdır.