“Terminator” əməliyyat olundu

“Terminator” əməliyyat olundu

Baxış sayı: 2. 689 dəfə baxılıb.

Məşhur Holivud aktyoru Arnold Şvarsneger təcili əməliyyat olunub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “TMZ” məlumat yayıb.

Dərginin məlumatına görə, 70 yaşlı aktyor Los Ancelesin Sedars-Sinay tibb mərkəzinə halsız vəziyyətdə gətirib. Onun ürəyində kateter klapanının əvəzlənməsi üzrə əməliyyat keçirilib.

Prosedur zamanı cərrahlar çətinliklə üzləşdiyindən, keçmiş Kaliforniya qubernatorunun ürəyinə cərrahi müdaxilə etmək məcburiyyətində qalıb.

Əməliyyatın bir neçə saat davam etdiyi bildirilir.

Hazırda aktyorun vəziyyəti sabitdir.

Qeyd edək ki, bu aktyorun ilk ürək əməliyyatı deyil. 1997-ci ildə onun aorta klapanı əvəzlənib.

.
www.ÇıxışYolu.Com